Press "Enter" to skip to content

Kitab tanıtma: “Qacarlar dövrünün titulları”

Qacarlar dövrünün titulları

Son yeniləmə: 10 İyun 2023 21:41

BAYARQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında nəşrlər sırasında tarix elmləri doktoru Tahirə Həsənzadənin müəllifi olduğu “Qacarlar dövrünün titulları” kitabı da var.

Azərbaycan tarixin bir neçə səhifəsini işıqlandıran kitabda XVIII-XIX əsr Əfşarlar və Qacarlar dövrünün türk mənşəli azərbaycanlı şəxsiyyətləri haqqında məlumat verilib, onların yüksək titullarından bəhs olunub. Kitab tarixin həmin dövrünü tədqiq edən alimlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Titulların tarixinə nəzər yetirilmiş kitabda “Qacarlar dövrünün titulları”, “Şəxs adları göstəricisi”, “Əfşarlar və başqaları”, “Qacarlar” başlıqları yer alır.

Nəşrin ön sözündə Xacə Nizamülmülkün “Siyasətnamə” əsərindən verilən kiçik hissədə deyilir: “İndi ləqəblər yaman çoxalıbdır, çoxaldıqca da qədir-qiymətdən düşübdür. Şahlar ləqəb verməkdə həmişə ehtiyatlı olmuşlar, çünki yaxşı məmləkət dolandırmaq qaydalarından biri də ləqəblərin verilməsi, hər kəsin öz mövqeyini, öz yerini bilməsidir… Ləqəb şərəf üçündür, onu adama verillər ki, şərəfi artsın, şöhrət tapsın”.

Qeyd edək ki, kitab AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu elmi şurasının qərarı ilə nəşr edilib.

Nəşrin redaktoru tarix elmləri doktoru Fərid Ələkbərlidir.

Mission News Theme by Compete Themes.