Son yeniləmə: 7 İyun 2023 10:58
BAYRAQDAR MEDİA – Bolqarıstan parlamentində keçirilən səsvermə nəticəsində akademik Nikolay Denkov 132 “lehinə” və 69 “əleyhinə” səslə baş nazir seçilib.
Radio Bolqarıstan xəbər verir ki, N.Denkovu GERB-SDS (bir səs “əleyhinə”), PP-DB və DPS Hüquq və Azadlıqlar Hərəkatı dəstəkləyib.
Nazirlər Şurası da parlamentdən dəstək alıb. Deputatlar Kənd Təsərrüfatı Nazirliyinin adının Kənd Təsərrüfatı və Ərzaq Nazirliyi adlandırılması ilə bağlı razılığa gəliblər.
Baş nazir Nikolay Denkovun rəhbərlik etdiyi hökumətdə yalnız bir baş nazirin müavini var – GERB-SDS tərəfindən təklif olunan Mariya Qabriel.
Nikolay Denkov və Mariya Qabriel 9 aydan sonra bir-birini əvəz edəcək və bu, Bolqarıstanda rotasiya qaydasında baş nazir olan ilk kabinet olacaq.
Nazirlər Şurasının yeni seçilmiş üzvləri vəzifələrinə başlamaq üçün and içiblər.