Press "Enter" to skip to content

Şəkidə ictimai dinləmə keçiriləcək

Son yeniləmə: 7 İyun 2023 16:45

BAYRAQDAR MEDİAƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən və Dünya Bankının maliyyə dəstəyi ilə həyata keçirilən “Məşğulluğa Dəstək Layihəsi” çərçivəsində Şəki şəhərində ictimai dinləmə keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 7-də ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, tədbirdə layihənin hədəf və məqsədləri, əhatə dairəsi, layihənin icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, proqramın gözlənilən faydaları, müraciət və iştirak qaydalarına dair iştirakçılara ətraflı məlumat veriləcək: “İctimai dinləmə iyunun 8-də saat 10:00-da Şəki şəhərində Regional Məşğulluq Filialının binasında (M.F.Axundov prespekti 56 A) keçiriləcək”.

Mission News Theme by Compete Themes.