Son yeniləmə: 7 İyun 2023 10:23
BAYRAQDAR MEDİA – Qırğızıstanın Dövlət Milli Təhlükəsizlik Komitəsi hakimiyyəti ələ keçirmək məqsədilə kütləvi iğtişaşlar və dövlət çevrilişi hazırlayan bir qrup şəxsin saxlanılmasının təfərrüatlarını açıqlayıb.
Bulak.kg xəbər verir ki, komitənin bununla bağlı açılqmasında deyilir:“Ölkə ərazisində kütləvi etiraz aksiyaları və genişmiqyaslı iğtişaşlar keçirmək üçün gizli hazırlıq işləri aparan, ardınca hakimiyyəti zorakılıqla ələ keçirməyi planlaşdıran bir qrup şəxsin qanunsuz fəaliyyəti müəyyən edilərək qarşısı alınıb. Daxil olan məlumat və toplanmış audio və video materiallar əsasında cinayət işi başlanıb. Müəyyən edilib ki, adıçəkilən cinayətkar dəstə il ərzində ölkə üzrə öz sıralarına tərəfdarların cəlb edilməsi və ən çox narazı olan vətəndaşların sıralarına cəlb edilməsi istiqamətində məqsədyönlü iş aparıb”.
Komitənin məlumatına əsasən, əsas təşkilatçı və ideoloji ruhlandırıcı vətəndaş fəalı və “Eldik Keneş” siyasi partiyasının sədri N.R.S. olduğu müəyyən edilib: “Onun rəhbərliyi altında mütəmadi olaraq hakimiyyətin zorakılıqla ələ keçirilməsi planlarının müzakirəsi ilə dövlət strukturlarına qarşı cəlb olunmuş şəxslərlə gizli görüşlər keçirilib. Mütəşəkkil dəstəyə cəmiyyətin müxtəlif təbəqələrindən və ölkənin müxtəlif bölgələrindən 100-dən çox şəxs cəlb edilib, onların arasında konkret tapşırıqları olan rollar dəqiq bölüşdürülüb. Həmçinin məlumat var ki, yaxın vaxtlarda təşkilati məsələlərin maliyyələşdirilməsi və əsas funksionerlərə maaşların ödənilməsi üçün xarici mənbələrdən xeyli vəsait göndərilməsi planlaşdırılıbmış”.
İyunun 5-də qrupun 30-dan çox üzvü xüsusi xidmət orqanlarına gətirilib. N.R.S. və onun əsas tərəfdaşları N.R.S., I.G.S., M.A.J. və D.T.A. etiraflar edib. Axtarışlar zamanı sübutlar ələ keçirilib. Saxlanılanların hamısı Qırğızıstan Respublikası Milli Təhlükəsizlik Dövlət Komitəsinin müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.