Press "Enter" to skip to content

Opera və teatr sənətində müasir tendensiyalar tədbiri

Təkamül

BAYRAQDAR MEDİA – İyunun 13-də saat 19:00-da YARAT-ın XX-XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində opera və teatr sənətində müasir tendensiyalarla bağlı tədbir keçiriləcək.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “tədbirdə iştirak edənlər Azərbaycan Dövlət Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru, Əməkdar artist Əyyub Quliyev ilə birlikdə opera sənətində olan dinamika və müasir tendensiyaların inkişafını analiz edərək, yaxın gələcəkdə bu sahədə insanları nə gözlədiyini düşünəcək. Həmçinin tədbir zamanı Azərbaycan və dünya operasının tarixi və inkişafından, opera sənətinin birinci və ikinci avanqard dalğasından, Andreas Neyfeld və Andrey Joldak kimi novator rejissorlar haqqında danışılacaq. Tədbir çərçivəsində Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri, Əməkdar artist Fəridə Məmmədova və Müslim Maqomayev adına VI Beynəlxalq vokalistlər konkursunun finalisti Mahirə Tağızadənin ifalarında tanınmış əsərlərdən fraqmentlər səslənəcək”.

Daha sonra xəbərdə qeyd olunur ki, “Ə.Quliyev öz dövrünün tənqidçiləri tərəfindən ən çox müsbət rəy alan dirijordur. O, klassik macar musiqisinin Azərbaycanda təbliğ olunmasındakı xidmətlərə görə Macarıstanın ən yüksək dövlət mükafatı – “Qızıl xaç” ordeni ilə təltif olunub. O, həmçinin Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Dirijorluq” kafedrasının dosentidir”.

Mission News Theme by Compete Themes.