Son yeniləmə: 7 İyun 2023 13:43
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin rəhbəri və Birləşmiş İraq Türkmən Siyahısının lideri Həsən Turan türkmən millət vəkili Garip Əskər Türkməni qəbul edib.
Türkmeneli TV xəbər verir ki, görüşdə ölkədəki təhlükəsizlik və siyasi vəziyyətə nəzər salınıb, milli dəyərlərə sadiqlik vurğulanıb: “Kərkükün təhlükəsizliyinin və milli qazancların qorunmasının vacib məsələlərdə birgə hərəkət və koordinasiyanın təmin edilməsi ilə əldə edildiyi qeyd olunub”.
Məlumata görə, H.Turan torpaq mülkiyyətçilərinin qanuni hüquqlarından əl çəkməmək əzmini təzələyib. O, mülkiyyət mübahisələrinin həllinə, qəsb olunmuş torpaqların qanuni sahiblərinə qaytarılmasına çağırıb.