Press "Enter" to skip to content

DİM-dən daha bir təlim

Dövlət İmtahan Mərkəzi

Son yeniləmə: 7 İyun 2023 14:52

BAYRAQDAR MEDİADövlət İmtahan Mərkəzi tərəfindən 6-7 iyun 2023-cü il tarixlərində Azərbaycan Respublikası Audiovizual Şurasının əməkdaşı üçün “Əmək qanunvericiliyinin tətbiqi: şəxsi işin aparılması, əmək məzuniyyəti, zəruri sənədləşmə, elektron bildiriş “ mövzusunda təlim keçirilib.

Bu barədə DİM-dən məlumat verilib.

Bildirilib ki, “təlim zamanı Hüquqi təminat, insan resursları və dövlət qulluğu departamentinin sektor müdiri Aytən Quliyevanın əmək qanunvericiliyinə dair təqdimatı dinlənilib, Azərbaycan Respublikasının Əmək Məcəlləsindən irəli gələn müddəalar, əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktlar, əmək münasibətləri, müvafiq beynəlxalq konvensiyalar barədə geniş məlumat verilib, məcəllənin tətbiq olunduğu sahələr, əmək müqaviləsinin bağlanması, müqavilə tərəflərinin əsas hüquq və vəzifələri, müqaviləyə xitam verilməsinin əsasları və qaydaları, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin əmək hüququnun tənzimlənməsi, məzuniyyət hüququnun təmin edilməsi və digər mövzularda fikir mübadiləsi aparılıb”.

Qeyd edilib ki, “dövlət qurumlarının, özəl sektorun və vətəndaşların müraciətləri əsasında bu və digər mövzularda təlimlər təşkil olunacaq. Təlimlərdə iştirak etmək istəyən əxslər r.cahangirbayli@dim.gov.az elektron poçt ünvanına və ya (012) 3105316 (daxili 1221) nömrəsinə müraciət edə bilərlər”.

Mission News Theme by Compete Themes.