Press "Enter" to skip to content

Azərbaycandan olan iş adamlarına dəvət

“BƏƏ - beynəlxalq ticarət və logistika məkanı” mövzusuna həsr edilmiş vebinar

Son yeniləmə: 7 İyun 2023 15:47

BAYRAQDAR MEDİA – İyun 7-də Birləşmiş Ərəb Əmirliklərinin Bakıdakı səfirliyi, Dubay Palatası və DP World birgə təçkilatçılığı ilə “BƏƏ – beynəlxalq ticarət və logistika məkanı” mövzusuna həsr edilmiş vebinar keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya səfirlikdən məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən missiya rəhbərinin müavini Abdalla Alshamsi Birləşmiş Ərəb Əmirliklərinin dünya səviyyəli beynəlxalq ticarət və logistika məkanı kimi nailiyyətlərindən danışıb.

“Avropa, Afrika və Asiyanın kəsişməsində yerləşən BƏƏ qlobal ticarət şəbəkəsində unikal mövqeyə malikdir”, deyən Abdalla Alshamsi qeyd edib ki, BƏƏ-nin innovasiyalara sadiqliyi Əl Maktum Beynəlxalq Hava Limanı və Dubay Beynəlxalq Hava Limanının genişləndirilməsi kimi dünya səviyyəli hava daşımaları obyektlərinin inkişafına səbəb olub.

O, vurğulayıb ki, fiziki infrastrukturdan əlavə, BƏƏ həm də çoxmillətli korporasiyaları və kiçik biznesləri cəlb etmiş olan biznes üçün əlverişli mühit yaratmışdır.

Sonda A.Alshamsi Azərbaycandan olan iş adamlarını BƏƏ investisiya fürsətlərindən faydalanmağa dəvət edib.

Mission News Theme by Compete Themes.