Son yeniləmə: 7 İyun 2023 16:18
BAYRAQDAR MEDİA – Türkiyənin Eskişehir şəhərinin Terebaşı Bələdiyyəsinin təşkil etdiyi Beynəlxalq Eskişehir Şeir Festivalı bu il də uğurla keçib.
Esgazete.com xəbər verir ki, Terebaşı Bələdiyyəsinin təşkilatçılığı, Heydər Ergülenin direktorluğu ilə keçirilən tədbir 1-4 iyun tarixlərini əhatə edib. Festivalda 24 yerli və xarici şair iştirak edib.
Festival çərçivəsində Özdilek Sənət Mərkəzində sessiyalar, uşaq poeziya məşğələləri, sərgilər, xatirələr və Portuqaliya, İtaliya, Rumıniya, Serbiya və Türkiyədən qatılan şairlərin şeir gecələri təşkil edilib.
Tədbirin son günündə xalq şairi Aşıq Veysəldən söz açılıb.
Anım proqramında çıxış edən Metin Turan bildirib ki, 2023-cü il UNESCO tərəfindən Aşıq Veysəlin vəfatının 50-ci ildönümü kimi elan edilib.
Turan Aşık Veysəlin həyatı, şəxsiyyəti və yaradıcılığı haqqında məlumat verib.