Press "Enter" to skip to content

Əməkdaşlıq imkanları müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 7 İyun 2023 17:13

BAYRADAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Moldovanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Esaulenko ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 7-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Moldova arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın əməkdaşlığımızın dərinləşməsində önəmi vurğulanıb: “İki ölkə arasında ticarət dövriyyəsinin artırılması ilə yanaşı,enerji, nəqliyyat-logistika, kənd təsərrüfatı, İKT, bərpa olunan enerji və digər istiqamətlərdə əməkdaşlıq imkanları müzakirə olunub”. Qeyd edilib ki, Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin həyata keçirilməsi Moldovanın da yerləşdiyi regionun enerji təhlükəsizliyində əhəmiyyətli rol oynayacaqdır.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Mission News Theme by Compete Themes.