Son yeniləmə: 5 İyun 2023 12:40
Türkiyə XİN-də təhvil-təslim mərasimi
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi iyunun 3-də qardaş Türkiyədə yeni hökumət kabineti bəlli olub. Bundan sonra isə yeni nazirlər köhnə nazirlərdən vəzifəni təhvil alıb.
İyunun 5-də isə qardaş ölkənin Xarici İşlər Nazirliyində təhvil-təslim mərasimi olub.
Nazirliyin sosial şəbəkə hesablarından canlı yaymlanan mərasimdə çıxış edən keçmiş nazir Mevlüt Çavuşoğlu “Türkün olduğu hər bir yerdə dövlət, dövlətin olduğu yerdə isə diplomatiya var” deyib.
#Canlı 📡
Dışişleri Bakanlığı Devir Teslim Töreni
📍Ankara https://t.co/g4TPruFenW
— T.C. Dışişleri Bakanlığı (@TC_Disisleri) June 5, 2023
O, həmçinin, “Millətimizin verdiyi səlahiyyət və Cümhurbaşqanımızın təqdiri ilə böyük şərəflə çalışmışam. Diplomatiya bizim şəxsiyyətimizin ayrılmaz hissəsidir. Sürətlə dəyişən dünyada adət-ənənələrə sədaqət qədər dövrün ruhuna uyğun davranmaq lazım idi və biz Prezidentimizin rəhbərliyi ilə fəaliyyət göstərdik” deyə əlavə edib.
M.Çavuşoğlu sonda “8 il 6 ay 13 gün gəzdirdiyim Xarici İşlər bayrağını qardaşım Hakan Fidana təhvil verirəm. Xarici İşlərimiz və Milli İstihbarat Təşkilatımız bizim seçilən qurumlarımızdır. Başda FETÖ olmaqla terror təşkilatlarına qarşı birlikdə mübarizə apardıq. Mən həmişə nazirliyimizin və nazirimizin sərəncamında olacağam. Mənə dəstək olan bütün dostlarıma təşəkkür edirəm” deyib.
Öz növbəsində Hakan Fidan “MİT-də 13 il işlədikdən sonra Xarici İşlər Nazirliyinə təyin olunduğu üçün Cümhurbaşqanımıza minnətdarlığımı bildirmək istəyirəm. Mənə göstərilən etimada görə təşəkkür edirəm. Bu gün Cümhuriyyətimizin 100 illik yubileyində sizinlə birlikdə olmaqdan çox qürur duyuram” deyib.
Bu görəvi dostu M.Çavuşoğludan təhvil aldığını deyən nazir həmçinin “Dövlətimizin bütövlüyü üçün əlimdən gələni edəcəyəm” deyə əlavə edib.