Press "Enter" to skip to content

Son 101 ildə bir ilk

Hakan Fidan

Son yeniləmə: 5 İyun 2023 12:18

BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, iyunun 3-də Türkiyə Cümhurbaşqanı Recep Tayyip Erdoğan yeni hökumətin tərkibini açıqlayıb. Bu isə beynəlxalq aləm tərəfindən xüsusi maraqla qarşılanıb.

Türkgün Gazetesi xəbər verir ki, Türkiyənin sayca 67-ci hökumətinin tərkibi dünya mediası tərəfindən xüsusilə müzakirə edilir: “Dünya mediasında ən çox diqqət çəkənlərdən biri də MİT-in keçmiş sədri Hakan Fidan olub. Yeni hökumət kabinetində xarici işlər naziri vəzifəsinə təyin edilən Hakan Fidan son 101 il ərzində İsmət İnönüdən sonra ilk hərbi əsaslı xarici işlər naziri olub”.

Qeyd edilir ki, 1968-ci ildə Ankarada anadan olan Hakan Fidan 1986-cı ildə astsubay kimi məzun olub və 2001-ci ilə qədər 15 il Türkiyə Silahlı Qüvvələrində rabitə kəşfiyyatında kiçik zabit kimi xidmət edib: “Quru Qoşunlarının Döyüş Məktəbindən sonra Dil Məktəbini də bitirib. O, Türkiyə Silahlı Qüvvələri tərəfindən üç il müddətinə Almaniyadakı NATO Çevik Hərəkat Korpusunun Baş Qərargahına təyinat alıb. Bu təyinat zamanı o, Almaniyanın ABŞ-da yerləşən Merilend Universitetini bitirib. 2001-ci ildə Türkiyə Silahlı Qüvvələrindən ayrılaraq Bilkənd Universitetində beynəlxalq əlaqələr üzrə magistratura və doktorantura təhsilini başa vurub”.

Məlumata əsasən, H.Fidanın magistrlik dissertasiyası “Xarici siyasətdə kəşfiyyatın rolu”, doktorluq dissertasiyası isə “İnformasiya dövründə diplomatiya: beynəlxalq müqavilələrin yoxlanılmasında informasiya texnologiyalarının rolu” mövzusunda olub: “Eyni zamanda 2001-2003-cü illər arasında Avstraliyanın Ankaradakı səfirliyində siyasi və iqtisadi məsləhətçi kimi fəaliyyətə başlayıb. 2003-cü ildə Türk Əməkdaşlıq və İnkişaf İdarəsinə (TİKA) təyin edilib. O, 2007-ci ilə qədər bu vəzifədə çalışıb. 14 noyabr 2007-ci ildə Baş nazirliyin xarici siyasət və beynəlxalq təhlükəsizlik məsələləri üzrə müşavir müavini vəzifəsinə təyin edilib. Baş nazirliyin o zamankı xarici siyasət məsələləri üzrə baş müşaviri Prof. Dr. Ahmet Davutoğlunu regional təmaslarda müşayiət edib. Həmin vaxt Baş nazir olna Recep Tayyip Erdoğanın bir çox xaricə səfərlərində, xarici dövlət xadimləri ilə görüşlərində iştirak edib”.

Bildirilib ki, Baş nazirlikdə müşavirin müavini vəzifəsində çalışarkən, 2008-ci ilin noyabr ayında Beynəlxalq Atom Enerjisi Agentliyinin İdarə Heyətinin Üzvlüyü çərçivəsində o, akademik təhsilini Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyində, Cenevrədəki Birləşmiş Millətlər Təşkilatının Silahsızlanma İnstitutunda və Londonda Verification Technologies Araşdırma Mərkəzində davam etdirib: “8 mart 2008-ci ildə Beynəlxalq Ahmet Yesevi Universitetinin Qəyyumlar Şurasının üzvü təyin edilib. O, 2011-ci ilin fevralında bu vəzifədən istefa verib. Hacettepe və Bilkent universitetlərində işləyib. H.Fidan 17 aprel 2009-cu ildə Milli İstihbarat Təşkilatının (MİT) müşavir müavini vəzifəsinə təyin edilib. 25 may 2010-cu ildə MİT müşaviri vəzifəsində çalışan Emre Tanerin yerinə MİT-in müşaviri vəzifəsinə təyin edilib. Emre Taner yaş həddindən təqaüdə çıxarkən, Hakan Fidan 42 yaşında ən gənc müşavir olub. Qeyd edək ki, qurulduğu gündən 1992-ci ilə qədər MİT Müşavirliyinə general-leytenant rütbəli zabitlər təyin edilib. MİT Müşavirliyinə gətirilən Sönməz Köksaldan sonra təşkilata kənardan rəhbərlik edən ikinci şəxs məhz Hakan Fidan olub. Hakan Fidan 7 iyun 2015-ci ildə keçiriləcək seçkilərdə millət vəkili namizədi olmaq üçün 6 yanvar 2015-ci ildə müşaviri vəzifəsindən istefa verib. Lakin 9 mart 2015-ci ildə 25-ci dönəm millət vəkili namizədliyi üçün AK Partiyə etdiyi müraciəti geri götürüb”.

Mission News Theme by Compete Themes.