BAYRAQDAR MEDİA – Qırğızıstanda çevriliş cəhdinin qarşısının alınması üçün genişmiqyaslı əməliyyat keçirilib.
Kırım Haber Ajansının məlumatına görə, Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsi iyunun 5-də ölkədə dövlət çevrilişinə cəhd etdiyi aşkarlanan şəxslərə qarşı eyni vaxtda əməliyyat keçirib: “Ölkənin müxtəlif bölgələrində keçirilən əməliyyatlar zamanı çevrilişdə iştirak etmək ehtimalı olan şəxslər saxlanılıb. Qırğızıstan xəbər xidmətləri bu gün həyata keçirilən əməliyyatın görüntülərini paylaşıb”.
Əldə edilən məlumata görə, ölkədə bir qrup Sadır Caparov hökumətini devirməyə hazırlaşırmış.
Qırğızıstan təhlükəsizlik qüvvələri tərəfindən saxlanılan şəxslərlə bağlı hələlik ətraflı məlumat verilməyib.