BAYRAQDAR MEDİA – İyunun 3-də Xətai Sənət Mərkəzində Yaradıcı şəxslərin palitrasında daha çox təbiətin rənglərini görmək və naturadan işlənmiş əsərlərə ictimai marağın artırılmasına xidmət məqsədi ilə elan olunmuş “Plener əsərlər sərgisi” açılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 3-də sözügedən Mərkəzdən daxil olub.
Xəbərdə deyilir ki, “tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Rəsm Qalereyasının direktor müavini Gülşən Qəribli açaraq sərgi iştirakçılarını salamlayıb. Daha sonra Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Turan Cəfərova, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti Rüstəm Quliyev, rəssam Cəlal Ağayev, XSM-nin direktoru Zahid Əvəzov öz ürək sözlərini iştirakçılarla bölüşüblər. Bildirək ki, Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası və XSM-nin təşkilatçılığı ilə “Heydər Əliyev İli” çərçivəsində elan olunmuş təbiət qoynunda yaradılmış əsərlərdən ibarət yaradıcılıq sərgisinə 200-dən çox fırça ustasının 500-ə yaxın yağlı boya, akril, sulu boya və s. texnikada yaratdıqları əsərlər təqdim edilib”.
Bildirək ki, sözügedən sərgi 56 rəssamın 79 əsəri izləyicilərin üzünə açılıb. Əsərləri nümayiş olunan müəlliflərə sertifikatlar təqdim olunub. Həmçinin, reqlamentində nəzərdə tutulduğu kimi sərgidəki əsərlər arasından XSM-nin və sərgi ziyarətçilərinin seçdiyi bir əsərin müəllifinə hədiyyə təqdim olunması noaminasiyalarının tək qalibi rəssam Raul Hüseynov olub.
Qeyd edək ki, sərgi 3 gün davam edəcək.