Press "Enter" to skip to content

Opera Studiyasında “O olmasın, bu olsun” komediyası

O olmasın, bu olsun

BAYRAQDAR MEDİA – İyunun 7-də Üzeyir Hacıbəyli yaradıcılığının ən populyar nümunələrindən biri olan “O olmasın, bu olsun” musiqili komediyası Bakı Musiqi Akademiyasının nəzdində olan Opera Studiyasının səhnəsində nümayiş olunacaq.

Bu haqda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “sözügedən Teatr bu əsəri 2006-cı ildə peşəkar vokalçıların ifasında səhnəyə qoyub. Böyük uğur qazanan musiqili komediya hazırda Teatrın ən sevilən tamaşalarındandır. Rollarda Xalq artistləri Azər Zeynalov, Əkrəm Poladov, Əməkdar artistlər Ramil Qasımov, Gülüstan Əliyeva, Cahangir Qurbanov, Ələkbər Əliyev, Təyyar Bayramov, Tural Ağasıyev, teatrımızın solistləri Günel Hacıyeva, Fəhmin Əhmədli, Xaliq Bəkirov və başqaları çıxış edəcək”.

Qeyd edək ki, saat 19:00-da başlayacaq tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Mission News Theme by Compete Themes.