Son yeniləmə: 5 İyun 2023 13:13
BAYRAQDAR MEDİA – “Nar” Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “IronWind” açıq turnirinə dəstək olub.
Bu barədə BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, Pirallahı adasında təşkil olunan triatlon yarışında müxtəlif ölkələri təmsil edən 100-dən çox idmançı iştirak edib.
Üç mərhələdən ibarət olan turnirdə idmançılar əvvəlcə 1.9 kilometr üzüblər, sonra 90 kilometr velosiped sürüblər və sonda isə21.1 kilometr qaçıblar. Kişilər arasında qalib Oleksandr Mordasov olub. Teymur Fərəcov yarışı ikinci, Konstantin Vedmedisə üçüncü pillədə başa vurublar. Qadınların mübarizəsində isə ilk üç yeri müvafiq olaraq, İnna Anisimova, Rabiyə Oruclu və Natalya Vallek tutublar. Bundan əlavə, turnirdə mübarizə aparan üçparalimpiyaçı da Nar tərəfindən mükafatlandırılıb.
Qeyd edək ki, yarış Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Triatlon Federasiyası, Baku City Circuit və “Triterra” klubunun birgə təşkilatçılığı iləkeçirilib. Turnirin əsas dəstəkçilərindən olan Nar-ın korporativ sosial məsuliyyət (KSM) istiqamətlərindən biri də sağlam həyat tərzinin təşviqidir. Mobil operatorun KSM sahəsində gerçəkləşdirdiyi layihələrlə buradan tanış ola bilərsiniz.