Press "Enter" to skip to content

Meksika televiziyasında Azərbaycandan bəhs edilib

Veriliş zamanı

Son yeniləmə: 5 İyun 2023 11:36

BAYRAQDAR MEDİA – Meksikanın aparıcı xəbər telekanalı olan “Milenio”da yayımlanan “Sərhədlər arasında” analitik verilişi zamanı bölgədəki son vəziyyətdən söz açılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 5-də Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Bildirlilib ki, “region üzrə tanınmış ekspert və analitik Talya İşcan yayım zamanı Azərbaycanın özünü Avropanın etibarlı tərəfdaşı kimi təsdiq etdiyini və ölkəmizin təşəbbüsü ilə həyata keçirilən çoxşaxəli enerji siyasəti nəticəsində Cənubi Qafqazın önəminin artdığını qeyd edib”.

Ermənistanla Azərbaycan arasında davam edən danışıqlara toxunan ekspert, Ermənistandakı bəzi separatçı və revanşist qrupların regiondakı sülh və sabitliyə əsas təhdid olduğunu bildirib: “Bu xüsusda, Azərbaycanın təklif etdiyi 5 prinsip üzərində və ölkələrin suverenliyi və ərazi bütövlüyünün tanınması əsasında sazişin imzalanmasının, bölgədə bütün kommunikasiyaların açılması və sərhədlərin delimitasiyasının regionda sülh üçün əsas faktor olması, Ermənistan tərəfindən Qarabağın Azərbaycan ərazisi kimi tanımasının vacibliyi vurğulanıb. Proqrmada həmçinin öz yurdlarından didərgin düşmüş qaçqın və məcburi köçkünlərin təhlükəsiz qayıdışının təmin olunması üçün hazırda işğaldan azad edilmiş ərazilərdə Azərbaycan tərəfindən geniş bərpa və quruculuq işlərinin aparıldığı da bildirilib”.

Mission News Theme by Compete Themes.