Press "Enter" to skip to content

Kitab tanıtma: “Şuşada kitabxana və mətbuat”

Şuşada kitabxana və mətbuat

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan nəşrlərdən biri də MEK-in icraçı direktoru, filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızının “Şuşada kitabxana və mətbuat” (məlumat kitabı) kitabıdır.

Kitab Azərbaycanda 2022-ci ilin “Şuşa İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı ilə əlaqədar nəşr olunub.

Məlumat kitabı Şuşa şəhərində mövcud olmuş kitabxanalar və mətbuat nümunələri haqqında məlum həqiqətlərin qısa toplusdur. Kitab tarixçilər, kitabxanaşünaslar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, nəşrin tərtibçisi filologiya üzrə fəlsəfə doktoru, Dos. Şəhla Tahirqızı, elmi redaktoru MEK-in direktoru, fəlsəfə elmləri doktoru, Prof. Məmməd Əliyev, öz sözün müəllifi filologiya elmləri doktoru, Prof. İmaməddin Zəkiyev, rəyçi tarix üzrə fəlsəfə doktoru Əlizadə Nəcəfov, redaktorlar isə Könül Mirzəyeva, Türkan Vahidovadır.

“Şuşa İli”nə daha bir töhfə MEK-dən gəldi

Mission News Theme by Compete Themes.