Press "Enter" to skip to content

Qardaş Azərbaycanda fəaliyyət göstərdiyim üçün çox şadam

Tevfik Ulual

Son yeniləmə: 2 İyun 2023 10:16

Tevfik Ulual: Ürəyimdə 4 il boyunca iz buraxan Azərbaycanı bu sərgi ilə ən yaxşı şəkildə təbliğ etmək istədim

BAYRAQDAR MEDİA – “Bu dəfəki sərgimdə də 44 foto nümayiş olunur. Bu sərgi ilə bir daha qardaş Azərbaycanın gözəlliklərinə diqqəti cəlb etmək istədim”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Bakıdakı nümayəndəliyinin təhsil və mədəniyyət attaşesi Tevfik Ulual deyib.

Xatırladaq ki, iyunun 2-də T.Ulualın Azərbaycanda sayca üçüncü foto-sərgisi açılıb: “Bundan öncəki iki fotosərgi “Qardaş Azərbaycan” adı ilə keçirilib. Üçüncü sərgini isə “Ürəyimdəki Azərbaycan” adlandırmağa qərar verdik. Onu da qeyd edim ki, bu sərgini Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr etmişik”.

T.Ulual bildirib ki, özünün təşkil etdiyi bu üç böyük sərgi ilə yanaşı, Azərbaycanda fəaliyyət göstərdiyi 4 il ərzində onun fotoşəkilləri bir sıra digər sərgilərdə və təqdimat mərasimlərində də nümayiş olunub: “Bu sərgimizdə də çalışdıq ki, Azərbaycanın müxtəlif bölgələrində çəkilən fotoşəkillər nümayiş olunsun. Ürəyimdə 4 il boyunca iz buraxan Azərbaycanı bu sərgi ilə ən yaxşı şəkildə təbliğ etmək istədim. Bu dörd il ərzində qardaş Azərbaycanda fəaliyyət göstərdiyim üçün çox şadam”.

Onu da qeyd edək ki, yaxın günlərdə T.Ulualın Azərbaycandakı fəaliyyəti başa çatır. KKTC-yə dönəcək Tevfik bəy bundan sonra təqaüdə çıxacaq.

Mission News Theme by Compete Themes.