Son yeniləmə: 2 İyun 2023 14:29
BAYRAQDAR MEDİA – AK Partinin 28-ci dönəm Denizli millət vəkilləri AK Parti İl Başçısı Yücel Güngör ilə birlikdə Ankaraya gedərək Türkiyə Böyük Millət Məclisinə qeydiyyatdan keçiblər.
Bu barədə Deda Haber məlumat yayıb.
Bildirilib ki, Ankaraya əliboş getməyən deputatlar parlamentdə ilk gün Denizlinin Buldan bezi, Tavas paxlavası, alma, albalı, kəklikotu, lavanda kimi dəyərlərini təbliğ ediblər.
Məlumata əsasən, AK Parti Denizli millət vəkili Şahin Tin seçkidə partiyaya və Recep Tayyip Erdoğana dəstək verən denizlililərə təşəkkür edib: “28-ci dönəm Denizli millət vəkili olaraq Türkiyə Böyük Millət Məclisində qeydiyyatdan keçdik. Qeydiyyat zamanı Denizlinin rənglərini, dadlarını və məhsullarını tanıtdıq. Dəstəyi ilə bizi bu mübarək missiyaya layiq bilmiş partiya üzvlərimizə və həmvətənlərimizə minnətdarlığımızı bildirmək istəyirəm”.
21 illik AK Parti hökumətləri dövründə əldə edilən uğurların yeni dövrdə artmağa davam edəcəyini deyən Ş.Tin 5 il ərzində Denizliləri parlamentdə yüksək səviyyədə təmsil edəcəklərinibildirib.