BAYRAQDAR MEDİA– “Biz dövlətin tamamilə dağılmasının şahidi oluruq. Qanunvericilik, icra və məhkəmə kimi bütün səlahiyyətlər uzun müddətdir ki, problemlər yaşayır. Amma indi fərqli güclər arasında gedən müharibənin şahidi oluruq”.
Radio Bolqarıstan xəbər verir ki, bunu Bolqarıstanın türk və müsəlmanlardan ibarətə HÖH partiyasının sədri Mustafa Karadayı deyib.
Parlamentdə jurnalistlərə açıqlamasında o, bildirib ki, siyasi böhrandan çıxış yolu dövlətin deinstitusionalizasiyasının qarşısını almaq və zərurətlə hökuməti formalaşdırmaqdır.