Press "Enter" to skip to content

Millət naminə böyük qələbə

Fahrettin Altun

Fahrettin Altun: Cümhurbaşqanı Recep Tayyip Erdoğan müstəqil Türkiyəyə qarşı olan bütün ünsürləri məğlub etdi

BAYRAQDAR MEDİA – “Cümhurbaşqanımız azad, müstəqil Türkiyəyə qarşı olan bütün ünsürləri məğlub etdi. Türkiyənin firavan ölkə olmasını istəməyən bütün milli və beynəlxalq ünsürləri məğlub etdi. Türkiyənin daha böyük bir ölkə olmasını istəməyən bütün ünsürləri məğlub etdi”.

Bunu Türkiyə Cumhurbaşkanlığı İletişim Başkanı Fahrettin Altun 24 TV-nin canlı yayımında gündəmlə bağlı qiymətləndirmələr apararkən deyib.

İletişim Başqanlığından verilən məlumata görə, o, bildirib ki, Recep Tayyip Erdoğan bu seçkidə Türkiyənin təkbaşına, azad və müstəqil siyasət yürütmək istəməyən bütün milli və beynəlxalq aktyorları məğlub etdi, yerlə yeksan etdi: “Sayın Cümhurbaşqanımız Türkiyənin stabilləşdirici gücünü, regional baxımdan güclü və qlobal məsələlərdə tərəf olan nüfuzlu ölkəyə çevrilməsini istəməyənləri məğlub etdi. Bir sözlə, Cümhurbaşqanımız millət naminə böyük qələbə qazandı”.

R.T.Erdoğanın seçki prosesində sistemli şəkildə yalanlar əsasında hərəkət edən bir koalisiya ilə qarşılaşdığını bildirən F.Altun “Cümhurbaşqanımızın qarşısında dezinformasiyanın bombardmanını özünün əsas kommunikasiya strategiyası kimi qəbul edən bir struktur var idi. Bu struktur, təəssüf ki, ifrat sağçı və həddindən artıq solun ittifaqı kimi ortaya çıxan bir quruluş idi. Cümhurbaşqanımız onlara qarşı mübarizə aparıb” deyib.

Mission News Theme by Compete Themes.