BAYARQDAR MEDİA – Macarıstanın baş naziri Viktor Orbanın Türkmənistana səfəri planlaşdırılır. Bu barədə Türkmənistan prezidentinin Macarıstanın baş naziri Viktor Orbana ad günü münasibətilə ünvanladığı məktubda deyilir.
Atavatan-Türkmenistan bunu “Vətən” xəbər proqramına istinadən yayıb.
Məlumatda deyilir: “Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədov Macarıstanın Baş naziri Viktor Orbana 60 illiyi münasibətilə ürəkdən təbriklərini və xoş arzularını çatdırıb. “Biz Türkmənistan və Macarıstan arasında qurulan dostluq münasibətlərinə böyük diqqət yetiririk. İnanıram ki, yaxın vaxtlarda Aşqabadda aparacağımız danışıqlar səmərəli olacaq və ikitərəfli əməkdaşlığımızın gələcək inkişafına yeni təkan verəcək”, – deyə Türkmənistan liderinin məktubunda deyilir”.