Press "Enter" to skip to content

Ekspertdən quduzluqla bağlı açıqlama

Ceyran Cəfərova

Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova: Quduzluq virusuna yoluxma şübhəsi yarandıqda, dərhal yaxınlıqdakı tibb müəssisəsinə müraciət edilməlidir

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Ceyran Cəfərova quduzluq xəstəliyi, onun əlamətləri və s. haqda məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 2-də sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “C.Cəfərova bildirib ki, bu xəstəlik insana quduz heyvanların dişləməsi, cırmaqlaması və ya heyvanların ağız suyu ilə zədələnmə nahiyəsinin bulaşması nəticəsində keçir. O, virusun zədə nahiyəsindən insan orqanizminə daxil olduqdan sonra törədici sinir kökləri vasitəsilə mərkəzi sinir sisteminə keçdiyini və orada toplanaraq ensefalit inkişaf etidiyini, sonradan tüpürcək vəzilərinə daxil olaraq intensiv şəkildə çoxalmağa başladığını deyib. Şöbə müdiri sözügedən xəstəliyin heyvanlarda gizli (latent) dövrü 10 gün, bəzən 3-8 həftəyə qədər davam etdiyini bildirib. Həmçinin o, xəstəliyin heyvanlarda ümumi simptomlarının əksər hallarda ağız suyu axması və qusma olduğunu diqqətə çatdırıb”.

Sonra xəbərdə bildirilir ki, “C.Cəfərova qeyd edib ki, heyvanın hücumuna məruz qaldıqdan sonra zərərçəkənin ilk olaraq ev şəraitində və ya müraciət etdiyi tibb müəssisəsində zədə nahiyyəsi 72 faizli sabunlu su ilə yuyulmalıdır, sonra isə spirt və ya yod məhlulu ilə dezinfeksiya edilməlidir”.

Sonda C.Cəfərova insanlar arasında bu xəstəliyə yoluxmamaq üçün çöl heyvanları ilə təmasdan uzaq olmağı tövsiyə edib.

Mission News Theme by Compete Themes.