Press "Enter" to skip to content

bp ilə əməkdaşlıq inkişaf etdirilir

Görüş zamanı

Son yeniləmə: 2 İyun 2023 16:01

BAYRAQDAR MEDİA – İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakı Enerji Həftəsində iştirak etmək üçün ölkəmizdə səfərdə olan bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 2-də İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, görüşdə iqtisadiyyat naziri bp ilə səmərəli əməkdaşlığın önəmini vurğulayıb: “Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə reallaşan beynəlxalq əhəmiyyətli enerji layihələri və “yaşıl” enerji növlərinə keçidlə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib, əməkdaşlığın inkişaf etdirilməsi imkanları qeyd olunub”.

Məlumata əsasən, bp-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel təmsil etdiyi şirkətin dünya və regiondakı biznes proseslərində iştirakı, həmçinin, Azərbaycanla tərəfdaşlığın genişləndirilməsi istiqamətləri barədə danışıb: “Tərəflər ölkəmizin təşəbbüskarı olduğu mühüm enerji layihələri, bərpaolunan enerji potensialı, bu sahədə görülən işlər və yeni əməkdaşlıq perspektivərini müzakirə ediblər”.

Mission News Theme by Compete Themes.