BAYRAQDAR MEDİA – İyunun 4-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq yazıçısı Elçinin hekayələri əsasında hazırlanan “Baladadaşın toy hamamı” musiqili lirik komediya nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “kino ilə teatrın sintez olunduğu bu tamaşanın süjet xəttindəki hadisələr Bakı kəndlərinin birində baş verir. Səhnə əsərinin bəstəkarı Firudin Allahverdi, quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimovadir”.
Tamaşa saat 19.00-da başlayacaq.