Press "Enter" to skip to content

Azərbaycan ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib

Xarici İşlər Nazirliyi

BAYRAQDAR MEDİA – Mayın 31-də Bolqarıstanın Sofiya şəhərində Ümumdünya Turizm Təşkilatının (ÜTT) Avropa üzrə Komissiyasının 68-ci iclası öz işinə başlayıb. Cari ilin 2 iyun tarixinədək davam edəcək sözügedən iclas çərçivəsində 1 iyun 2023-cü il tarixində ÜTT-nin İcraiyyə Şurasına seçkilər keçirilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya iyunun 2-də Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan, 5 vakant yer uğrunda 11 ölkənin mübarizə apardığı, olduqca rəqabətli şəraitdə keçirilmiş seçkilər nəticəsində, İtaliya, Çexiya, Litva və Bolqarıstanla birgə ən yüksək səs toplayaraq 2023-2025-ci illər üzrə ÜTT-nin İcraiyyə Şurasına üzv seçilib: “Azərbaycanın ÜTT-nin İcraiyyə Şurasına üzv seçilməsinə dəstək vermiş bütün dövlətlərə təşəkkür edirik”.

Mission News Theme by Compete Themes.