Press "Enter" to skip to content

“Yük” tamaşası olacaq

"Yük" tamaşası

BAYRAQDAR MEDİA – İyunun 3-də Azərbaycan Dövlət Pantomima Teatrında “Yük” (uzaqda bir nəfər var) tamaşası nümayiş olunacaq.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tamaşanın müəllifi və quruluşçu rejissoru Xalq artisti Bəxtiyar Xanızadə, plastik həll üzrə rejissoru Sahib Novruzov, rəssam Xəyyam Səmədov, musiqi tərtibatçısı isə Əməkdar artist Bəhruz Əhmədlidir”.

Qeyd edək ki, teatrın bədii rəhbəri Xalq artisti Bəxtiyar Xanızadədir.

Mission News Theme by Compete Themes.