Son yeniləmə: 1 İyun 2023 13:44
BAYARQDAR MEDİA – “YAŞAT” Fondunun təşkilatçılığı ilə növbəti dəfə “Hədiyyə Karvanı” layihəsinə başlanılıb.
Bu barədə BAYARQDAR MEDİA-ya iyunun 1-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ərəfəsində reallaşdırılan layihə çərçivəsində şəhidlərin 14 yaşınadək olan övladlarına hədiyyə qutuları çatdırılacaq: “Ümumilikdə layihə ölkəmizin müxtəlif regionlarındakı 1700-dək uşağı əhatə edəcək. Məqsəd onlara sevinc bəxş etmək, eləcə də onların hərtərəfli inkişafına dəstək olmaqdır. Vətən əsgərinə, şəhid övladları isə xalqa əmanətdirlər!”
Qeyd edilib ki, layihənin logistika dəstəkçisi Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “AVT Logistics”dir.