BAYRAQDAR MEDİA – “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Uşaq və Qadın sığınacağında tədbir keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya iyunun 1-də sözügedən Birlikdən daxil olub.
Xəbərdə deyilir ki, “Birliyinin sədri Ülviyyə Bəbirli təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətindən, istedadlı uşaqların daim dövlətin qayğısı ilə əhatə olunmasından və bu siyasi kursun uğurlu nəticələrindən bəhs edərək tədbirdə iştirak edən uşaqların bayramını təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb”.
Tədbirin bədii hissəsində “Səs Azərbaycan – doğma nəğmələr” yarışmasının iştirakçıları İlkin Dövlətov, Türkay Cəfərlinski, Telli Əbilova, Sabir Əliyev, Səttar Qəmbərov, Zaur Gərayev, o cümlədən mədəniyyət könüllüləri Aslan Aslanov, Əli Məhərrəmzadə, Ülvi Həşimov, Əbdül Hüseynzadənin ifasında müxtəlif nəğmələr, aşıq havaları səsləndirilib, rəqs nömrələri təqdim olunub.
Sonda Birlik tərəfindən Uşaq və Qadın sığınacağının balaca üzvlərinə müxtəlif hədiyyələr təqdim olunub.