Son yeniləmə: 1 İyun 2023 09:45
BAYRAQDAR MEDİA – Göyçayda güclü külək və qasırğa səbəbindən TƏBİB-in tabeliyindəki Göyçay Rayon Mərkəzi Xəstəxanası gücləndirilmiş iş rejiminə keçib.
Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, tibb müəssisəsinin əksər tibb və qeyri-tibb heyəti işə cəlb edilib: “Baş verən təbiət hadisələri ilə bağlı 2 nəfər Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib. 1964-cü il təvəllüdlü qadın pasiyentin müalicəsi tibb müəssisəsinin Təcili tibbi yardım şöbəsində davam etdirilir. Ona başın təpə və burun nahiyəsinin əzilmiş, cırılmış yaraları diaqnozu qoyulub. Vəziyyəti stabil qiymətləndirilir. Digər 1995-ci il təvəllüdlü qadın pasiyent bel (L2, L3) fəqərələrinin sınığı diaqnozu ilə TƏBİB-in tabeliyindəki Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunur”.