BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında olan kitablar sırasında müəllifi Tofiq Hacıyev olan 2 cilddə “Azərbaycan ədəbi dilinin tarixi” kitabı da var.
Universitetlərin filologiya fakültələri üçün nəzərdə tutulan bu dərslik “Azərbaycan ədəbi dilinin proqramı” əsasında yazılıb. Kitabda ədəbi dilin tarixi dövr üzrə ardıcıllıqla təhlil olunur, dövrlərin müəyyənləşməsində dilxarici hadisələr də nəzərə alınmaqla, dildaxili faktlara, üslubların yaranma və inkişafına, normanın tarixi təkamülünə xüsusi diqqət yetirilir.
Nəşrdə eləcə də Azərbaycan ədəbi dilinin yazıyaqədərki dövrünə aid xeyli material verilir, dövr və mərhələlərin dil nümunələri əsasında aparıcı üslub üzərində geniş dayanılır. Bundan əlavə kitabda ədəbi dilin zənginliyini, kamilliyini və milli məzmununu daha çox əks etdirdiyinə görə, dilçilikdəki ənənə də nəzərə alınaraq, bədii üsluba daha geniş yer ayrılır. Həmçinin cəmiyyətin inkişafı və tarixi şəxsiyyətlərin yetişməsi ilə ədəbi dilin səviyyəsi arasında uyğunluq nəşrdə əyani göstərilir.
Qeyd edək ki, nəşrin redaktoru Dos. Qızılgül Abdullayeva, rəyçilər Dos. Sevda Sadıqova, Prof. Elbrus Əzizov, Prof. Eldar Piriyev, Prof. Ramiz Əskər, Prof. İkram Qasımovdur.