Son yeniləmə: 1 İyun 2023 14:33
BAYARQDAR MEDİA – Bolqarıstanın “Prodaljavame Promyanata” Partiyasının həmsədri Kiril Petkov PP-DB koalisiyasının keçmiş deputatı Radostin Vasilevə qarşı təzyiqlər edilməsi ilə bağlı iş üzrə Sofiya Rayon Prokurorluğuna dindirilmək üçün çağırılıb.
Bu xəbəri Radio Bolqarıstan yayıb.
Məlumata əsasən, bununla bağlı açıqlama verən Kiril Petkov deyib: “Mən həqiqi ədalətin gücünə inanıram, parlamentdə standart prosedurlara inanıram və ümid edirəm ki, onlara əməl etməklə həqiqi ədalətə nail olacağıq. Lakin biz Prokurorluğun dəyənək kimi istifadəsinə imkan verməyəcəyik”.
Qeyd edilib ki, mayın 30-da “Prodaljavame Promyanata” partiyasının digər həmsədri Asen Vasilev də eyni səbəbdən prokurorluqda dindirilib.