Press "Enter" to skip to content

İranda su problem xüsusilə təhlükəli hal alıb

Məcid Cavadi

Son yeniləmə: 1 İyun 2023 11:08

Məcid Cavadi: Əfqanıstanla İran arasındakı gərginliyn kökündə də su problem dayanır

BAYRAQDAR MEDİA – “Bu gün İran deyəndə ağla ilk gələn çoxsaylı problemlər olan ölkə olur. Çünki İranda demək olar ki, probelmsiz sahə yoxdur. Bu probelmlər içərisində su problem isə xüsusi ilə təhlükəli hal alıb”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycan Milli Dirəniş Təşkilatının sözçüsü Məcid Cavadi deyib.

Onun sözlərinə görə, xüsusilə də İranın doğu və mərkəz bölgələrində qurumayan çay, göl yoxdur: “Əfqanıstanla İran arasındakı gərginliyn kökündə də su problem dayanır. Əfqanıstanın Hindiquş dağlarından axıb gələn Hirmənd çayı var. O çay axıb İran-Əfqanıstan sərhəddindəki Hamun gölünə tökülür. 1970-ci ildə imzalanan bir razılaşmaya əsasən Əfqanıstan İrana ildə oradan 820 milyon kubmetr su buraxmalıdır. İndi isə İran suyu tələb edir, Əfqanıstan da deyir su yoxdur. İran tələb edir ki, mütəxəssislər əraziyə baxış keçirsin”.

Bildirilib ki, İbrahim Rəisi Bəlucistana səfər edərkən bununla bağlı sərt açıqlama verib: “Taliban da buna eyni tonda sərt cavab verdi. Gərginlik daha da artdı. Əslində, bunu “daş qayaya rast gəlib” kimi dəyərləndirmək olar. Çünki Taliban Azərbaycan deyil. Taliban diplomatiya filan tanımır. Yəni Rəisinin sərt açıqlamasına cavab olaraq Taliban iki gün sonra İran sərhədinə hücum etdi. Amma hazırda hər şey nəzarət altındadır”.

Mission News Theme by Compete Themes.