Son yeniləmə: 1 İyun 2023 08:14
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev mayın 31-də Moldovaya səfər edib.
Günün sonunda Prezidentin Mətbuat xidmətinin verdiyi xəbərə görə, İ.Əliyev burada Moldova Prezidenti Maya Sandu ilə görüşüb.
Glad to host @presidentaz to discuss our deepening 🇲🇩-🇦🇿 partnership. We are glad to see active cooperation in the economic, agricultural & energy sectors. Looking forward to further strengthening our ties. pic.twitter.com/xd712s2awJ
— Maia Sandu (@sandumaiamd) May 31, 2023
Görüşdə ikitərəfli münasibətlərə aid məsələlər müzakirə edilib, İ.Əliyev Moldovalı həmkarını Azərbaycana səfərə dəvət edib. M.Sandu dəvəti məmnuniyyətlə qəbul edib.
Azərbaycan Prezidentinin daha bir görüşü Moldova Baş naziri Dorin Reçan ilə olub.
Tərəflər qarşılıqlı maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparıb.
İ.Əliyev D.Reçanı da Azərbaycana səfərə dəvət edib. Baş nazir dəvəti qəbul edib.
Qeyd edək ki, İ.Əliyev iyunun 1-də Moldova paytaxtı Kişineuda keçiriləcək “Avropa siyasi birliyi”nin 2-ci Zirvə Toplantısında iştirak üçün bu ölkəyə səfər edib.