Press "Enter" to skip to content

“İlahiyyat” jurnalının növbəti xüsusi buraxılışı

"İlahiyyat" jurnalı

BAYRAQDAR MEDİA – Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) “İlahiyyat” elmi-publisistik jurnalının növbəti – VIII xüsusi buraxılışı işıq üzü görüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 31-də sözügedən İnstitutdan daxil olub.

Xəbərdə deyilir ki, “jurnalın bu sayı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub. On üç rubrikadan ibarət olan xüsusi buraxılışda öz sahəsinin peşəkar mütəxəssisi olan elm adamlarının, dini konfessiya nümayəndələrinin, həmçinin Aİİ-nin tələbə və məzunlarının yazıları yer alıb. Jurnalın budəfəki sayı “Rəsmi guşə” rubrikası ilə başlayır. Rubrikada Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında Prezident İlham Əliyevin Sərəncamı yer alıb. “Cəmiyyət və din” rubrikasında Aİİ rektoru Aqil Şirinovun “Ulu öndər Heydər Əliyev və multikultural dəyərlər”, millət vəkili Ceyhun Məmmədovun “Azərbaycanda dini dözümlülük ənənələrinin bərqərar olunmasında Heydər Əliyevin rolu” sərlövhəli məqalələri dərc edilib”.

Sonra xəbərdə qeyd olunur ki, “digər rubrikalarda “Ulu Öndərin Azərbaycan yəhudilərinə diqqət və qayğısı”, “Heydər Əliyevin Azərbaycanın Pravoslav icmasına qayğısı”, “Гейдар Алиев – основатель мультикультуральной модели Азербайджана, в контексте Албано-Удинской христианской общины”, “Dünya liderləri Ulu Öndər haqqında (Azərbaycan və ingilis dillərində)”, “Hamı kimi doğulsa da, hamı kimi yaşamadı…”, “Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan mərhələsi”, “YAP tarixi zərurətdən yarandı”, “Heydər Əliyev və Ana dili”, “Mən elə bilirdim ki…”, “Heydər Baba səsləyirəm”, “İnanıram tək gerçəyə”, “Kaş rəssam olaydı” və s. başlıqlı məqalələr və şeirlər verilib”.

Mission News Theme by Compete Themes.