Press "Enter" to skip to content

Fars-molla rejimi dünyada uşaq qatili kimi tanınır

Uşaqların Beynəlxalq Müdafiəsi Günü

BAYRAQDAR MEDİA – 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün təsis edilməsi haqqında qərar verilib. Həmin vaxt keçirilən Qadınların Beynəlxalq Konfransında uşaq hüquqlarının qorunması ilə bağlı təkliflər səslənib və 1 iyun tarixinin uşaqların beynəlxalq müdafiəsinə həsr olunması qərara alınıb.

16 may 2023-cü ildə İran Statistika Mərkəzinin Əhali İdarəsinin başçısı Əliəkbər Məhzunun açıqlamasına əsasən, İranda 15 yaşınadək uşaqların sayı 20,4 milyon təşkil edir. Onların mühüm hissəsi Güney Azərbaycanın payına düşür.

Bu sözlər GüneyAzFront-un sözügedən günlə bağlı yaydığı xəbərdəndir.

Xəbərdə daha sonra bildirilir ki, “İranda 20 milyondan artıq uşağın olmasına baxmayaraq, molla rejimi onlara qarşı amansız və qəddar siyasət aparır. Molla rejimi bütün dünyada uşaq qatili kimi tanınır. İran İslam İnqilabı baş verdikdən sonra molla hakimiyyəti İranın silahlı qüvvələrinin ən böyük qoşunu olan SEPAH-ın əli ilə minlərlə uşağa ağır fiziki və mənəvi zorakılıq göstərir, edam edilmələri haqqında qərarlar çıxarır, həbs edir və öldürür. Bununla onlar BMT-nin Uşaq Hüquqları Konvensiyasını kobudcasına pozurlar”.

“Uşaqları öldürməklə yanaşı, İSNA, İranın Rifah təşkilatının hesabatına əsasən, molla rejimi hazırda yetkinlik yaşına çatmamış 120 mindən artıq uşağı işlədir. Axır zamanlar uşaqların zibil yığılmasına cəlb olunmasında artım müşahidə olunur. Bu da azmış kimi, İran Təhsil Nazirliyinin Məktəbəqədər və İbtidai Məktəb Təhsili İdarəsinin rəisi Məhəmməd Məhəmmədinin dediyinə görə, hal-hazırda ölkədə 175 mindən çox uşaq təhsildən kənarda qalıb.

“İranda uşaq hüquqlarının qorunmaması həm ölkənin əhalisi, həm də beynəlxalq insan hüquqlarının müdafiəsi ilə məşğul olan təşkilatlar tərəfindən tənqid edilir. BMT Baş Assambleyası və BMT-nin İnsan Haqları Komissiyası bir sıra tənqidi rəy və qətnamələrlə İranda keçmiş və davam edən insan haqları pozuntularını pisləyib. Buna baxmayaraq, İranın molla rejimi uşaqlara qarşı olan amansız siyasətini hələ də davam etdirir”, – deyə xəbərdə bildirilir.

Mission News Theme by Compete Themes.