Enes İbrahim: THP olaraq bütün vətəndaşların ümumbəşəri hüquqlarına hörmətlə yanaşdığımızı bir daha vurğulamaqla yanaşı, indiki şəraitdə ermənilərin Konstitusiyaya daxil edilməsinin gələcəkdə türk cəmiyyəti üçün narahatedici nəticələr verə biləcəyinə inanırıq
BAYRAQDAR MEDİA – “Son zamanlar Konstitusiyaya Dəyişikliklər Komissiyasının işi ictimaiyyətdə böyük maraq doğurur və müəyyən şəxslər tərəfindən informasiya çirklənməsi yaradılır. Komissiyada Türk Hərəkat Partiyası da öz üzvü ilə təmsil olunub və türk cəmiyyətinin iradəsini əks etdirməyə çalışıb”.
Bu fikirlər Quzey Makedoniyakı Türk Hərəkat Partiyası sədri, bu ölkənin Xalq Assambleyasının üzvü Enes İbrahimin öz şəbəkə hesablarından etdiyi paylaşımda əks olunub.
THP olarak bütün vatandaşların evrensel haklarına saygı duyduğumuzu bir kez daha yinelemekle birlikte, Ermenilerin mevcut şartlarda Anayasa'ya dahil edilmelerinin Türk toplumu adına ileride rahatsız edici sonuçlar doğurabileceği kanısındayız. pic.twitter.com/FLXwqIpuyx
— Enes İbrahim (@enesibrahimTHP) May 31, 2023
Paylaşımda o da qeyd olunub ki, ictimaiyyət arasında yayılan məlumat görə, etnik icmalarla yanaşı, ermənilərin də Konstitusiyaya salınması təklifi gündəmə gətirilib: “THP olaraq bu təklifə dərhal mənfi cavab verilib və təklif qəbul olunmayıb. THP olaraq bütün vətəndaşların ümumbəşəri hüquqlarına hörmətlə yanaşdığımızı bir daha vurğulamaqla yanaşı, indiki şəraitdə ermənilərin Konstitusiyaya daxil edilməsinin gələcəkdə türk cəmiyyəti üçün narahatedici nəticələr verə biləcəyinə inanırıq”.
Paylaşımda həmçinin, “Potensial zərərli lobbiçilik fəaliyyətinin qarşısını almaq üçün belə bir addım atdığımızı türk ictimaiyyəti və bütün türk dünyası ilə bölüşmək ehtiyacı hiss edirik” deyə qeyd olunub.