Son yeniləmə: 1 İyun 2023 13:59
BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsinin bu il təşkil edəcəyi 35-ci Beynəlxalq Teatr Festivalı başlayır.
Bu barədə BAYRAQDAR MEDİA-ya bələdiyyədən məlumat verilib.
Bildirilib ki, 5-i xaricdən olmaqla ümumilikdə 17 teatr qrupunun qatılacağı festivalın bayram keçidi iyunun 2-də saat 17:00-da olacaq: “Festivalda ümumilikdə 400 teatr aktyorunun rol aldığı 17 tamaşa təqdim ediləcək. Beynəlxalq Teatr Festivalı iyunun 2-dən iyunun 10-dək keçiriləcək”.
Məlumatda deyilir ki, festival qatılan heyətlər təkcə Denizlinin mərkəzində deyil, rayonlarında da tamaşaçıar qarşısında çıxış edəcəklər: “Böyükşəhər Bələdiyyəsi Nihat Zeybekci Konqres və Mədəniyyət Mərkəzində və Çatalçeşme Kamera Teatrında səhnəyə qoyulacaq əsərlərlə yanaşı, Sarayköy və Çivrildə 2 fərqli tamaşa teatrsevərlərlə görüşəcək”.
Denizli Böyükşəhər Bələdiyyəsini başqanı Osman Zolan, ilk dəfə 1984-cü ildə keçirilən festivalın indi Dənizli ilə eyniləşdiyini deyib. O, bu festivalın “teatrın paytaxtı Denizli” tərifinə layiq bir festival olduğunu vurğulayıb: “Həm milli, həm də beynəlxalq miqyasda çox mühüm yeri olan bu xüsusi tədbiri təşkil etməkdən çox şadıq və qürur duyuruq. Mən bütün həmyerlilərimi bu gözəl tamaşalara baxmağa dəvət edirəm”.