Press "Enter" to skip to content

Ulu öndərin Avropa ilə münasibətlərdəki rolundan danışılıb

Tədbirdən xatirə şəkli

Son yeniləmə: 31 May 2023 09:39

“Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib

BAYRAQDAR MEDİA – May ayının 30-da Türk Ağsaqqalları İctimai Birliyi (TAİB), Azərbaycan-Fransız Universiteti (UFAZ) və Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Azərbaycan-Avropa Birliyi arasında münasibətlərin qurulmasında Ulu Öndər Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 31-də TAİB-dən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbirin qonaqlarını salamlayan UFAZ-ın İcraçı direktoru, YAP İdarə heyətinin üzvü Vazeh Əskərov H.Əliyevin həyat və fəaliyyət yolundan danışaraq, Azərbaycan üçün mühüm olan bəzi məqamları xatırladıb”.

Sonra xəbərdə bildirilir ki, “TAİB-in sədri, YAP Veteranlar Şurasının üzvü, akademik Südeif İmamverdiyev öz çıxışında Naxçıvanın blokadada olduğu vaxtda H.Əliyevin onu qorumaq üçün əlindən gələni əsirgəmədiyi barədə öz xatirələrini paylaşıb. Türkiyə ilə münasibətlərin, Ümid körpüsünün tikilməsini qeyd edən natiq, Ümummilli liderin Fransa, İngilitərə, ABŞ, İtaliya və Vatikana səfərlərindən bəhs edib”.

Daha sonra Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kiçik film nümayiş olunub.

YAP İdarə Heyətinin üzvü, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun kardiologiya kafedrasının müdiri Tofiq Cahangirov çıxışında Heydər Əliyevin Avropa Birliyi ilə münasibətlərin inkişafında gördüyü xidmətlərdən danışıb.

Tədbirdə TAİB sədri Südeif İmamverdiyev Vazeh Əskərova təşkilat adından təşəkkürnamə təqdim edib. Konfransda UFAZ, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbələri, YAP Nəsimi rayon təşkilatının üzvləri, Türk Ağsaqqalları İctimai Birliyinin fəalları və YAP Veteranlar Şurasının üzvləri də iştirak edib.

Sonda xatirə şəkilləri çəkilib.

Mission News Theme by Compete Themes.