Press "Enter" to skip to content

Türkiyə seçicisi tarixi qərar verdi

Fikrət Əliyev

Fikrət Əliyev: Bu, həm də Turana gedən yolda reallaşan siyasətə dəstəkdir

BAYRAQDAR MEDİA – “Mayın 28-i Türkiyə Cümhuriyyəti tarixinə xüsusi olaraq yazıldı. Çünki bu tarixdə Türkiyə seçiciləri, türkiyəli bacı-qardaşlarımız təkcə özləri üçün deyil, həm də türk dünyası, türk-İslam aləmi üçün də mühüm önəm kəsb edən qərar verdilər”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyev deyib.

O, qeyd edib ki, gələcək nəsillər Türkiyənin tarixi haqqında məlumat oxuyarkən 2023-cü il mayın 28-nin hansı əhəmiyyət kəsb etdiyini biləcəklər: “Onlar biləcəklər ki, Türkiyə vətəndaşları, Türkiyə seçiciləri mayın 28-də sayın Cümhurbaşqanı Recep Tayyip Erdoğana səs verməklə inkişafın, ötən 20 ildə əldə edilən uğurların, Türkiyənin qlobal aktora çevrilməsi istiqamətində atılan inamlı addımların davam etməsinə dəstək nümyiş etdiriblər. Bu, həm də Recep Tayyip Erdoğanın rəhbərliyi ilə Türkiyənin türk dünyasının şahlanışı istiqamətində atdığı addımlara dəstəkdir. Bu, həm də mərkəzində Azərbaycan-Türkiyə qardaşlığının dayandığı türk dünyasının inteqrasiyasının daha da dərinləşməsinə dəstəkdir. Bu, həm də Vətən müharibəsindən sonra Azərbaycanın reallaşdırdığı siyasətə, Zəngəzur dəhlizinin reallaşması istiqamətində Ankra və Bakının birgə addımlarına dəstəkdir. Bu, həm də Turana gedən yolda reallaşan siyasətə dəstəkdir. Türkiyə seçiciləri bu yolda sayın Erdoğanın yanında olduqlaırnı bütün dünyaya nümayiş etdirdilər. Mən sayın Erdoğanı qələbəsi münasibəti ilə, türkiyəli bacı-qardaşlarımızı isə bu tarixi seçimlərinə görə təbrik edirəm”.

F.Əliyev deyib ki, ikinci yüz ilinə bu cür tarixi proseslə qədəm qoyan Türkiyənin qarşısında mühüm hədəflər var: “Təbii ki, o hədəflərə çatmaq üçün birgə addımlamağımız şərtdir. Söhbət Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin birgə atacağı addımlardan gedir. Heç şübhəsiz bu istiqamətdə türk dövlətlərinin hər bir sadə vətəndaşı da fəal, bu müqəddəs siyasətin reallaşması üçün sadiq bir əsgər kimi bütün görəvlərə hazır olmalıdır. Mən də bir fərd olaraq bu yolda üzərimə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün hazıram”.

Mission News Theme by Compete Themes.