Press "Enter" to skip to content

Sertifikatlaşdırmaya dair görüşlər davam edir

Son yeniləmə: 31 May 2023 15:36

BAYRAQDAR MEDİA – Sertifikatlaşdırma prosesi ilə bağlı növbəti görüş Səbail, Yasamal, Nərimanov, Nəsimi, Nizami və Binəqədi rayonları üzrə ümumi təhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimlərini əhatə edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 31-də Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd edilib ki, paytaxtdakı 20 nömrəli məktəb-liseydə keçirilən görüşdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsilin təşkili sektorunun müdiri Fuad Babayev, Təlimə Dəstək Mərkəzinin (TDM) direktoru Minarə Fərzəliyeva, direktor müavini Zaur Balaqadaşov və Azərbaycan dili fənni üzrə metodisti Günel Bayramova, müəllimlər iştirak ediblər: “Görüşdə təhsilverənlərin sertifikatlaşdırılma prosesinin təşkili qaydaları, mərhələləri, məzmunu ilə bağlı ətraflı məlumat verilib. Həmçinin qiymətləndirmə çərçivəsi, metodika və pedaqogika üzrə məzmun sahələri, sual sayı, bölmələr və mövzular barədə iştirakçılar məlumatlandırılıb, imtahanın təşkili qaydaları ilə bağlı müəllimləri maraqlandıran suallar cavablandırılıb”.

Mission News Theme by Compete Themes.