Press "Enter" to skip to content

Şəkidə sahibkarlar üçün maarifləndirmə tədbiri

Görüş zamanı

Son yeniləmə: 31 May 2023 14:37

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi sahəsində aparılan maarifləndirmə işləri çərçivəsində regionlarda fəaliyyət göstərən sahibkarlarla görüşləri davam etdirir. Növbəti beləgörüş Şəki-Zaqatala iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlarla təşkil olunub.

Dövlət Xidmətindən BAYARQDAR MEDİA-ya verilən məlumata görə, görüşdə sahibkarlara istehlak bazarında nəzarət sahələri və istehlakçı hüquqları ilə bağlı qanunvericiliyin tələbləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb: “Bundan əlavə, istehlakçı məmnuniyyəti və istehlakçı hüquqlarının təmin edilməsinin vacibliyi vurğulanıb”.

Məlumatda qeyd olunub ki, Şəkiyə səfər çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 13 saylı regional bölməsinin (əhatə etdiyi rayonlar: Şəki, Zaqatala, Qax, Balakən) yeni inzibati binası istifadəyə verilib: “Şəki şəhəri, M.Ə.Rəsulzadəprospekti 156 ünvanında yerləşən yeni inzibati binada Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun Şəki regional bölməsi, İstehlak Mallarının Ekspertizası Mərkəzinin Şəki-Zaqatala regional bölməsi və Azərbaycan Metrologiya İnstitutunun Şimal-Qərb Regional Ərazi İdarəsi də fəaliyyət göstərəcək”.

Mission News Theme by Compete Themes.