Son yeniləmə: 31 May 2023 11:49
BAYRAQDAR MEDİA – İkinci “Mərkəzi Asiya-Avropa Bilriyi Sammiti” 2-3 iyun tarixlərində Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək. Sammitdə Türk Cümhuriyyətlərinin dövlət başçıları iştirak edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat verib.
Bildirilib ki, Çolpon-Ata şəhərində İssık Kul sahillərində keçiriləcək ikinci sammitə Qırğızıstan Prezidenti Sadır Caparov sədrlik edəcək.
Tədbirdə Qazaxıstan, Tacikistan, Özbəkistan prezidentləti, Türkmənistan Nazirlər Şurasının sədr müavini və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel iştirak edəcəklər.
Məlumatda deyilir ki, Qırğızıstan Prezidnetinin tədbir çərçivəsində nümayəndə heyətlərinin rəhbərləri ilə ikitərəfli görüşləri də nəzərdə tutulub.
Sammitdə Türküstan dövlətləri ilə AB arasında əməkdaşlığın inkişaf etdirilməsi, investisiyaların, layihələrin və ölkələr arasında nəqliyyat əlaqələrinin genişləndirilməsinin müzakirə olunacağı gözlənilir.
O da qeyd edilib ki, birinci “Mərkəzi Asiya-Avropa Bilriyi Sammiti” 2022-ci il oktaybrın 27-də Qazaxıstanın paytaxtı Astanada keçirilib.