Son yeniləmə: 31 May 2023 12:17
BAYRAQDAR MEDİA – “ASAN Könüllüləri” Təşkilatının “ASAN Məktub” sosial proqramının və “Yeni klinika” tibb müəssisəsinin tərəfdaşlığı ilə 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə növbəti xeyriyyə aksiyası reallaşıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 31-də “ASAN xidmət”dən məlumat verilib.
Bildirilib ki, ASAN könüllüləri və tibb müəssisəsinin əməkdaşları Şirvan regionundakı 26 aztəminatlı ailənin uşaqlarının arzularını reallaşdırıb.
Sonra “Mədəniyyət Carçısı” proqramının təşkilatçılığı ilə könüllülərin təqdimatında “Tıq-Tıq xanım” tamaşası səhnələşdirilib.
Təcrübə mübadiləsi barədə müzakirələr aparılıb