Press "Enter" to skip to content

Kitab tanıtma: “Güney Azərbaycan folkloru”

Güney Azərbaycan folkloru

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasındakı kitablardan biri də AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə çap olunmuş “Güney Azərbaycan folkloru” kitabıdır.

Kitaba Güney Azərbaycanın Təbriz, Yekanat və Həmədan ərazilərindən toplanmış folklor örnəkləri daxil edilib.

Nəşrə filologiya elmləri doktoru, Prof. İsrafil Abbaslı yazdığı ön sözdə deyir: ““Güney Azərbaycan folkloru” cildi çapa hazırlanarkən, bizi həmişə bir məsələ düşündürürdü. Bu gün müstəqil Azərbaycanın əhatə etdiyi bölgələrin folklor kitablarının sayı iyirmi cildi keçdiyi halda, Güney Azərbaycana etinasızlıq göstərmək olarmı?! Hərgah müstəqil Azərbaycanın 9 milyonluq sakinlərinin mənəvi irsi bundan sonra da toplanıb, əbədiləşdirilərək öz sayını artıracaqsa, sayı 30-35 milyon civarında qeyd edilən Güney soydaşlarımızın mənəvi irsi – şifahi söz sənəti, görəsən, neçə cildə sığa bilər?! Biz hələ mədəniyyət çevrəsi ilə ölçülən dünya azərbaycanlılarının poetik söz sənətini demirik!”.

Qeyd edək ki, kitabdakı məlumatları toplayan tədqiqatçı, folklorçu Məmmədəli Qövsi Fərzanə, elmi redaktor və öz sözün müəllifi Prof. İsrafil Abbaslı, tərtib edən filologiya üzrə fəlsəfə doktoru Sönməz Abbaslı, rəyçilər isə filologiya üzrə fəlsəfə doktoru, Dos. Rza Xəlilov, filologiya üzrə fəlsəfə doktoru, Dos. Əziz Ələkbərlidir.

Mission News Theme by Compete Themes.