Press "Enter" to skip to content

CHP-də daxili gərginlik və istefa çağırışları

Kemal Kılıçdaroğlu

Son yeniləmə: 31 May 2023 10:09

BAYRAQDAR MEDİA – Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kemal Kılıçdaroğlunun prezident seçkilərində uduzmasından sonra istefaya çağırışlar və qurultay gözləntisi artıb.

Bu barədə Deda Haber məlumat yaylb.

Bildirilib ki, CHP-nin keçmiş baş katibi Gürsel Tekin qatıldığı radio proqramında seçkidə məğlub olan Kemal Kılıçdaroğluna edilən istefa çağırışlarını və CHP-nin qurultay prosesini dəyərləndirib: “Sputnik Radiosundan Aysel Alpə danışan və qurultay təqviminin yaxınlaşdığına diqqət çəkən G.Tekin, yenilənmiş və dinamik kadrlara ehtiyac olduğunu bildirib”.

Məlumata görə, G.Tekin sədrliyə namizəd olub-olmayacağı ilə bağlı sualı belə cavablandırıb: “Günün gəldiyi zaman haqqında düşünəcəyik. Sədrimiz geri çəkilsə, bu barədə düşünəcəyik. Çünki mən sədrlə yol keçmiş dostum. Hər şeyə rəğmən, insan satmaq bizim təbiətimizdə yoxdur”.

G.Tekin, “Kılıçdaroğlu namizəd olmasa, namizəd olacaqsınız, elə deyilmi?” sualına isə belə cavab verib: “Əlbəttə, inşallah”.

Xəbərdə o da qeyd edilib ki, seçki sonrası reaksiyaların mərkəzində olan CHP Mərkəz İdarə heyəti iyunun 1-də K.Kılıçdaroğlunun başçılığı ilə toplanacaq.

Mission News Theme by Compete Themes.