Press "Enter" to skip to content

“Yaşıl enerji” tərəfdaşlığının inkişafı

Görüş zamanı

Son yeniləmə: 30 May 2023 14:43

BAYARQDAR MEDİA – Energetika naziri Pərviz Şahbazov ilə “Bakı Enerji Həftəsi” çərçivəsində ölkəmizdə səfərdə olan Böyük Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi Baronessa Emma Nikolson arasında görüş olub. Görüşdə iki ölkə arasında Birgə Hökumətlərarası Komissiya çərçivəsində və təmiz enerjiyə keçid sahəsində əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr aparılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya mayın 30-da Energetika Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “yaşıl enerji” və enerji səmərəliliyi sahələrində intensiv dialoqun aparılmasının və konkret layihələr üzrə fəaliyyətin aktivləşdirilməsinin vacibliyi vurğulanıb. “Yaşıl enerji”nin maliyyələşməsi üzrə Azərbaycan-Böyük Britaniya əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Sonra energetika naziri Pərviz Şahbazov Azərbaycanda enerji sahəsində iqtisadi imkanlar haqqında məlumatlılığın artırılması məqsədilə Enerji Sənayeləri Şurası ilə birgə keçirilən “Baku connect” adlı tədbirdə iştirak edib.

Məlumata əsasən, nazir çıxışında ölkəmizdə enerji sahəsində aparılan islahatlar, həyata keçirilən enerji layihələri, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolu, “yaşıl enerji”nin istehsalı və ixracı, həmçinin perspektiv əməkdaşlıq istiqamətlərindən bəhs edib: “Böyük Britaniya ilə qlobal əhəmiyyətli enerji layihələrində sıx əməkdaşlığın mövcud olduğu, bu illər ərzində Böyük Britaniyadan Azərbaycana 34 milyard ABŞ dolları məbləğində investisiya yatırıldığı, karbohidrogen sektorunda uğurlu əlaqələrin hazırda enerji keçidi və bərpa olunan enerjidən istifadənin inkişafı istiqamətində davam etdirildiyi bildirilib. Bu xüsusda, işğaldan azad olunmuş ərazilərdə bp şirkəti ilə günəş enerjisi layihəsinin icrası diqqətə çatdırılıb.Bildirilib ki, Energetika Nazirliyi ilə Böyük Britaniyanın Beynəlxalq Ticarət Departamenti arasında təmiz enerjiyə keçid sahəsində əməkdaşlığa dair 2021-ci ilin may ayında imzalanmış Anlaşma Memorandumu enerji keçidi və dekarbonizasiya üzrə əməkdaşlığımıza töhfə verir. Bu istiqamətdə bp ilə əməkdaşlığımız da təqdirəlayiqdir”.

50-dən çox şirkətin təmsil olunduğu tədbir “Azərbaycanın enerji bazarına baxış və layihə imkanları”, “Azərbaycanda biznes” və “Azərbaycan enerji keçidini necə qəbul edir” adlı üç sessiyada müzakirələrlə davam etdirilib.

Mission News Theme by Compete Themes.