BAYRAQDAR MEDİA – Mayın 27-də “Heydər Əliyev İli”nə həsr olunmuş uşaq, yeniyetmə və gənclərin yaradıcılığını stimullaşdırmaq və bədii zövqünü inkişaf etdirilməsinə xidmət məqsədi ilə Xətai Rayon İcra Hakimiyyətinin qarşısında VI “Azərbaycanim” Respublika uşaq rəsm festivalı keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya mayın 30-da Xətai Sənət Mərkəzindən daxil olub.
Xəbərdə bildirilir ki, “tədbiri giriş sözü ilə Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov açaraq tədbir iştirakçılarını salamlayıb. Sonra Xətai rayon İcra başçısının müavini Rafiq İsayev, Xətai Rayon Yeni Azərbaycan Partiyasının sədri Vüqar Kərimzadə, Neft-Kimya Prosesləri İnstitunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Rəssamlar İttifaqının sədr müavini, Prof. Ağəli İbrahimov, Əməkdar incəsənət xadimi, sənətşünas Ziyadxan Əliyev, XSM-nin direktoru Zahid Əvəzov ürək sözlərini festival iştirakçıları ilə bölüşüblər. Tədbirin bədii hissəsi Xətai rayonunun müxtəlif musiqi kollekivlərinin çıxışları ilə davam edib”.
Festivalda həmçinin rəssam Cəlal Ağayev iştirakçılar üçün nəzərdə tutulmuş master-klass nümayiş etdirib.
Sonda festival hər yaş qrupu və I, II, III yer üzrə ayrıca hədiyyə və diplomların təqdim olunması ilə başa çatıb.