Press "Enter" to skip to content

Türkiyə seçkiləri ilə bağlı Güney Azərbaycandan təbrik

Recep Tayyip Erdoğan

BAYRAQDAR MEDİA – Türk dünyasının yenilməz qalası olan Türkiyəmizdə 28 may 2023-cü il cümhurbaşqanlığı seçkilərində bir daha türk milləti özgür iradəsi ilə sandıq başına gedib demokratik bir atmosferdə Sayın Recep Tayyip Erdoğanı özünə dövlət başçısı seçmişdir.

Bu sözlər qardaş Türkiyədəki cümhurbaşqanı seçkisinin ikinci mərhələsinin başa çatması ilə bağlı Güney Azərbaycan qurumlarının yaydığı təbrikdəndir. Təbrikin mətni BAYRAQDAR MEDİA-ya mayın 30-da daxil olub.

“Bu seçkidə Türkiyəmizdə demokratiya, haqq və ədalət qalib gəlmişdir və bu səbəblə Güney Azərbaycan türklərinin quruluşları olaraq ümumiyyətlə bütün türk dünyasını və özəl olaraq da əziz Türkiyəmizi təbrik edib başarılarının davamını diləyirik. Yaşasın əbədi Azərbaycan-Türkiyə qardaşlığı!” – deyə təbrikdə bildirilir.

Təbriki Azərbaycan Mərkəz Partiyası (AMP), Azərbaycan Milli Dirəniş Təşkilatı (DİRƏNİŞ), Azərbaycan Öyrənci Hərəkəti (AZOH), Güney Azərbaycan Demokrat Partiyası (GADP), Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB), Güney Azərbaycan İstiqlal Partiyası (GAİP), Güney Azərbaycan Milli Qurtuluş Hərəkatı (QURTULUŞ) imzalayıb.

Mission News Theme by Compete Themes.